TƏCİLİ! Bakıda güclü partlayış olub Xəsarət alan var

16.09.2026

Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Bu barədə “Doğru.az“-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın birinci mərtəbəsində yerləşən mənzilin hamam otağında, ilkin ehtimala əsasən, qazla işləyən cihazda partlayışın baş verdiyi müəyyən edilib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью