TƏCİLİ! Bakıdan Mineralnıye Vodı istiqamətində uçan AZAL təyyarəsi GERİ QAYITDI

27.12.2024

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün səhər saatlarında Bakıdan Mineralnıye Vodı (Rusiya) istiqamətində uçan AZAL təyyarəsi geri qayıtmalı olub.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntüləri "Flightradar24" paylaşıb.
Buna dron hücumunun səbəb olduğu bildirilir.
"Azərbaycan Hava Yolları"dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı tezliklə açıqlama veriləcək.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью