Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır”.KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy deyib:“Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq zəruridir.
Xarici vətəndaşlar bir bankdan və yalnız bir hesabdan istifadə etməlidir.
Onlar hazırda Rusiya banklarında hesablarını öz ölkələrinin daxili şəxsiyyət vəsiqəsindən istifadə edərək açırlar”.
Onun fikrincə, banklar belə vacib prosesləri yalnız beynəlxalq pasportlar vasitəsilə həyata keçirməlidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.