Təcili eniş edən təyyarənin stüardessası xəstəxanada öldü

31.12.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyadan İsveçrəyə uçan İsveçrə Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Avstriyada məcburi eniş edib.

Publika.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdən havaya qalxan və İsveçrənin Sürix şəhərinə uçan İsveçrə Beynəlxalq Hava Yollarına (SWISS) məxsus sərnişin təyyarəsi Avstriyanın Qraz şəhərində məcburi eniş edib.

Bildirilir ki, hadisə dekabrın 23-də olub. 74 sərnişin və 5 ekipaj üzvü ilə uçan sərnişin təyyarəsi eniş etdikdən sonra sürətlə təxliyə edilib, 12 nəfərə isə hadisə yerində təcili tibbi yardım göstərilib. Stüardessa aparıldığı xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

İsveçrə Beynəlxalq Hava Yollarının sözçüsü təyyarə bələdçisinin qəzadan bir həftə sonra dünyasını dəyişdiyini açıqlayıb.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью