Icma.az bildirir, Axar.az portalına istinadən.
Ermənistan müdafiə naziri Suren Papikyan Çexiyadan döyüş təyyarələrinin alınması barədə məlumatı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat və video paylaşıb.
Papikyan L-39 "Skyfox" qırıcısının görüntüsünü “Bu möcüzələr tezliklə Ermənistan səmasında uçacaq” sözləri ilə paylaşıb.
Qeyd edək ki, Suren Papikyan hazırda Çexiyadadır.