TƏCİLİ ❗Helikopter qəzaya uğradı

07.04.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Yaponiyada xilasedici helikopter Tsusima adası yaxınlığında, Yapon dənizi üzərində qəzaya uğrayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Hadisə zamanı azı bir nəfər, xilasedici helikopterlə Fukuoka prefekturasına aparılmalı olan 86 yaşlı xəstə həyatını itirib. Xilasedicilər daha bir neçə nəfəri - mərhumun qohumunu və həkimi, üç ekipaj üzvünü huşsuz vəziyyətdə aşkarlayıblar. Zərərçəkənlər xəstəxanaya aparılıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью