Təcili iclas: Ərdoğan zəlzələ ilə bağlı göstəriş verdi

25.04.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbuldakı zəlzələdən sonra müvafiq nazirlər və rəsmilərlə birlikdə toplantı keçirib.

Globalinfo.az xəbər verir ki, o, zəlzələnin gələcək fəsadlarının araşdırılması istiqamətində göstəriş verib.

“Mütəxəssislərlə məsləhətləşin və müxtəlif fikirləri öyrənin. Hansı ssenarinin daha çox ehtimal edildiyini xaricdəki ekspertlərdən də soruşun”, – deyə o bildirib.

Məlumata görə, Ərdoğan daha sonra hesabatın şəxsən özünə deyil, Prezidentliyə bağlı Fəlakət Siyasəti Şurasının üzvlərinə təqdim edilməsini istəyib.

Günay Rəsulqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью