TƏCİLİ: İRAN ABŞ görüşünün ünvanı dəyişdi

16.04.2025

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İran dövlət televiziyasının məlumatına görə, ABŞ-la danışıqların ikinci mərhələsi Romada keçiriləcək.
Turkustan.az xəbər verir ki, bildirilib ki, Oman birinci mərhələdə olduğu kimi danışıqlarda vasitəçilik fəaliyyətini davam etdirəcək.
2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran Oman vasitəsilə məktuba cavab verib.
Məktub trafikindən sonra aprelin 12-də İran və ABŞ Omanda dolayı danışıqlar aparıblar. Danışıqlar nəticəsində həm İran, həm də ABŞ tərəfləri danışıqların "müsbət və konstruktiv" olduğunu bəyan ediblər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью