TƏCİLİ! İstanbul yenə SİLKƏLƏNDİ KONKRET

21.05.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

İstanbulda 4 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) İstanbulda 4.0 maqnitudalı zəlzələ qeydə alındığını açıqlayıb.

Zəlzələ 20 may 2025-ci il tarixində saat 23:36-da Marmara dənizində, İstanbulun Böyükçekməce rayonundan təxminən 23.6 kilometr məsafədə baş verib. Zəlzələnin dərinliyi 8.16 kilometr təşkil edir.

Hazırda zəlzələ ilə bağlı dağıntılar və xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Rəsmi qurumlar sakinlərdən sakit olmalarını və təlimatlara əməl etmələrini xahiş edir.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью