TƏCİLİ! Karantin elan edildi Virus sürətlə yayılır Bu ölkədə KONKRET

11.05.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşa sanitariya xidmətləri “MV Hondius” laynerində baş verən xantavirus alovlanması ilə əlaqədar bir nəfəri tibbi nəzarətə götürüb. Həmin şəxsin gəmidəki sərnişinlərdən biri ilə təmasda olduğu ehtimal edilir.

KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, “RMF24” radiosunun yaydığı məlumata görə, hazırda karantinə alınan şəxsdə xəstəliyin heç bir simptomu müşahidə olunmur. Buna baxmayaraq, ehtiyat tədbiri olaraq tibbi müşahidə 7 gün davam edəcək. Xatırladaq ki, “Andes” ştamı olduğu təsbit edilən bu virus növü nadir hallarda insandan insana keçmə xüsusiyyətinə malikdir.

Eyni zamanda bildirilir ki, sözügedən laynerin heyət üzvləri arasında bir Polşa vətəndaşı da var. Ümumilikdə isə gəmidəki virus alovlanması nəticəsində artıq bir neçə ölüm faktı qeydə alınıb və beynəlxalq səhiyyə qurumları sərnişinlərin təxliyəsi və izlənilməsi prosesini diqqətdə saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью