Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ qırıcıları İrana mıxsus PUA-nı Ərəbistan yarımadasında vurub.
KONKRET.az reuters-ə istinadən xəbər verir ki, hadisə Ərəbistan dənizi sularında baş verib.
Məlumata əsasən, İrana məxsus “Shahed-139” tipli pilotsuz uçuş aparatı (PUA) ABŞ-ın “Abraham Lincoln” aviadaşıyıcısına doğru yaxınlaşmağa cəhd göstərib.
Təhlükə qeydə alındıqdan dərhal sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən hədəfə atəş açılıb və PUA vurularaq yerə salınıb.
Hadisə ilə bağlı hələlik İran tərəfindən rəsmi açıqlama verilməyib. Regionda gərginliyin artdığı bir vaxtda baş verən bu insident tərəflər arasındakı hərbi qarşıdurma riskini yenidən gündəmə gətirib.
Natiq Səlim
KONKRET.az