TƏCİLİ! Onların maaşı artır AÇIQLAMA

23.01.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Özəl sektorda əmək haqqı artımı mərkəzləşdirilmiş qaydada deyil, əsasən bazar mexanizmləri və şirkətlərin daxili siyasəti əsasında tənzimlənir. Bu sektorda maaşların artırılması müəssisələrin maliyyə imkanları, kadr ehtiyacı və əmək bazarındakı rəqabətdən asılıdır. Dövlət yalnız minimum əməkhaqqını müəyyən etməklə ümumi çərçivə yaradır, lakin özəl şirkətlərin maaş artımına birbaşa müdaxilə etmir.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, minimum əmək haqqı mülkiyyət formasından asılı olmayaraq hamı üçün məcburidir:
“Yəni heç bir işəgötürən 400 manatdan aşağı əmək haqqı verə bilməz. Dövlətin əmək haqqı sahəsində müəyyən etdiyi yeganə standart da məhz budur. Özəl sektorda əmək haqları müəssisələrin büdcəsinə, imkanlarına və daxili əmək haqqı siyasətinə uyğun olaraq müəyyən edilir. Əmək haqqının səviyyəsi bazarda, yəni əmək bazarında formalaşır. Hər bir özəl və ya dövlət müəssisəsinin öz siyasəti, qaydaları və sahiblik strukturu mövcuddur. Onlar minimum əmək haqqından aşağı olmamaq şərti ilə əmək haqqı təyin edə bilərlər”. 
O bildirib ki, maaşların mütəmadi artırılmasını nəzərdə tutan vahid siyasət yoxdur:
“Əgər bazar bunu məcbur edirsə və işçiyə verilən maaş yetərli deyilsə, işçi iş yerini tərk edir. Bu zaman müəssisə daha yüksək əmək haqqı təklif etməklə işçi cəlb etməyə məcbur qalır. Yəni əmək bazarında kifayət qədər iş yerləri olmalıdır ki, bu rəqabət özəl sektor müəssisələrini əmək haqqını artırmağa məcbur etsin. Çünki əmək haqqı işəgötürən üçün xərclərdən biridir və o, adətən xammalı və işçi qüvvəsini mümkün qədər ucuz əldə etməyə çalışır. Sistem ümumilikdə bu prinsiplə işləyir”.
Yəni, əgər siz özəl sektorda çalışırsınızsa, maaşınızın artması üçün yalnız dövlətin minimum əməkhaqqı barədə qərarını gözləmək kifayət deyil. Sizin gəliriniz birbaşa peşəkarlığınızdan və çalışdığınız sahədəki rəqabətdən asılıdır. Yəni, əgər bacarıqlı kadrlar azdırsa və siz öz işinizin ustasısınızsa, bazar qaydaları işəgötürəni sizə daha çox maaş verməyə məcbur edəcək. Bir sözlə, özəl sektorda artım "fərmanla" deyil, "tələblə" baş verir.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью