TƏCİLİ: Paşinyan hiddətləndi, onu da həbs etdirdi KONKRET

24.06.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanda “AyaKve” birliyinin koordinatoru, tanınmış ictimai-siyasi xadim Avetik Çalabyan səhər saatlarında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə birliyin Teleqram kanalında məlumat verilib.

Saxlanılmanın konkret səbəbləri hələlik açıqlanmayıb. Əməliyyat İstintaq Komitəsi tərəfindən başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, 2026-cı il aprelin 29-da rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Güclü Ermənistan” bloku ilə “AyaKve” birliyi arasında əməkdaşlıq memorandumu imzalanmışdı. Bu razılaşma ölkənin ictimai-siyasi gündəmində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilirdi.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью