TƏCİLİ: Putin Kiyevlə ilkin şərt olmadan danışıqlara hazır olduğunu bəyan etdi

26.04.2025

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff ilə görüşündə Rusiya tərəfinin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən bildirib.
“Vladimir Putin Trampın nümayəndəsi Vitkoffla dünənki söhbəti zamanı təkrarlayıb ki, Rusiya tərəfi heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır-deyə, Kremlin sözçüsü bildirib.
Peskov xatırladıb ki, daha əvvəl “Putin bu barədə artıq dəfələrlə danışıb”.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью