TƏCİLİ! Putin yay hücumuna başlayır DƏHŞƏTLİ SSENARİ KONKRET

08.06.2025

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Britaniyanın nüfuzlu The Economist jurnalı Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin yay aylarında Ukraynaya qarşı genişmiqyaslı hücum kampaniyasına başladığını yazır.

KONKRET.az xəbər verir ki, Konstantinovka və qonşu Pokrovsk Rusiyanın yay kampaniyasının əsas hədəflərinə çevriləcək. Eyni zamanda, Sumı vilayəti ilə bağlı ciddi narahatlıqlar var. Rusiya qoşunlarının vilayət mərkəzinə doğru yavaş templə irəlilədiyi bildirilir.

Jurnal qeyd edir ki, müharibənin əvvəlindən bəri ilk dəfədir ki, Rusiya ordusu şimal cəbhəsində – əsasən Ukrayna-Sumı sərhədində – Donbasla müqayisə ediləcək qədər ərazi qazanır. Bu irəliləyişin əsas səbəbi isə Ukrayna müdafiə xəttlərinin müasir dron texnologiyasına qarşı dayanıqlı olmamasıdır.

Ukrayna kəşfiyyatına görə, Rusiya yaxın həftələrdə “təhlükəsizlik zonası” adlandırılan ərazini formalaşdırdıqdan sonra diqqətini yenidən Donbasın cənubuna və Zaporojye vilayətinə yönəldəcək. Məqsəd uzunmüddətli tükəndirmə müharibəsi apararaq Ukraynanın müqavimətini zəiflətməkdir.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью