Təcili: Qoşunlar irəliləyir, müharibə şiddətlənir XƏRİTƏ KONKRET

30.07.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu Dnepropetrovsk vilayətinin Malievka yaşayış məntəqəsi istiqamətində irəliləyib.

KONKRET.az xəbər verir ki, eyni zamanda, Zaporojye vilayətinin Temirovka bölgəsində də rus qoşunlarının irəliləməsi təsdiqlənib.

Məlumata əsasən, Rusiya qüvvələri Mirnoqrad şəhərinin şimalından Rodinskoye istiqamətinə doğru, həmçinin Konstantinovkanın cənubundan – Yablonovka və Aleksandro-Kalinovo kəndləri yaxınlığında da mövqe qazanıblar.

Qeyd edək ki, daha əvvəl Rusiya bu yaşayış məntəqələrinin hamısının ələ keçirildiyini bəyan etmişdi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью