TƏCİLİ: Rusiya sərnişin qatarını VURDU: Ölənlər və yaralananlar var

23.08.2026

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ordusuna məxsus PUA "Lozovaya-Xarkov" marşrutu üzrə hərəkət edən elektrik qatarına zərbə endirib.

Hurriyyet.media  xəbər verir ki, hücum nəticəsində bir qadın həyatını itirib, daha altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum təhlükəsi səbəbindən qatar vaxtında saxlanılıb və sərnişinlərin təxliyəsinə başlanılıb.

Lakin, təxliyə zamanı insanlardan bir neçəsi qatarın yaxınlığında qaldığı üçün zərbəyə məruz qalıblar.

Qeyd edək ki, hadisə yerində xilasetmə və ilkin tibbi yardım xidmətləri cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью