Təcili yardım ağır vəziyyətdə olan uşağı yolda atıb getdi Yol polisləri köməyə gəldi (VİDEO)

22.01.2026

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Biz bu təcili yardım maşın ilə (99-JG 046 dövlət nömrə nişanlı) ağır xəstə olan körpə uşağı Bakıya - xəstəxanaya götürmüşük. Uşağın vəziyyəti pisdir, həkim deyir ki, cihaz artıq onun təzyiqini ölçə bilmir. Amma 103 tələb edir ki, xəstəni düşürün, təcili yardım maşınını geri qaytarın”.

“AzPolitika” bildirir ki, bu barədə “Tik Tok” sosial şəbəkəsində yayılan videoda bildirilir.

Xəstə yaxını olan şəxs vurğulayır ki, təcili yardım uşağı Bakıya aparmaqdan imtina edərək yolda düşürüb. Onların köməyinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları gəlib. Onlar körpəni YPX avtomobilinə qoyaraq Gəncədə xəstəxanaya çatdırıblar.

Hadisə ilə bağlı daha ətraflı videoda:


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью