Təcili yardım avtomobili piyadanı vuraraq öldürdü

26.11.2024

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Hərəkətdə olan "Mersedes" markalı təcili tibbi yardım avtomobili yolu keçmək istəyən orta yaşlı piyadanı vurub. Piyada xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью