Təcili yardım avtomobilləri təmir ediləcək 435 min manat xərclənəcək

21.05.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsi “Ford Transit”və “Volkswagen Crafter” markalı təcili yardım avtomaşınların təmiri üçün ehtiyat hissələri alacaq.

Gununsesi.info xəbər verir ki, xəstəxana bu məqsədlə 435 min 861 manat vəsait xərcləməyi planlaşdırır. Müvafiq işlər üçün tender elan edilib və podratçı axtarılır.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyunun 17-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью