Təcili yardım helikopteri sahəyə endi: Oyun dayandırıldı

03.03.2025

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Super Həvəskarlar Liqasının pley-off mərhələsində "Zaraspor" və "Şarkışla Belediyespor" futbol komandaları arasında keçirilən oyun təcili yardım helikopterinin sahəyə enməsi səbəbindən bir müddət dayandırılıb. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Zara stadionunda keçirilən oyunun 23-cü dəqiqəsində baş hakim Emrullah Qarslıya təcili xəstəni xəstəxanaya çatdırmaq üçün təcili yardım helikopterinin enməsi lazım olduğu bildirilib. 

Hakim oyunu dayandırdıqdan sonra futbolçular meydançanın kənarına çıxıb və təcili tibbi yardım helikopteri meydana enib.

Mədə qanaması olan xəstə Kənan Turan təcili yardım helikopteri ilə Sivasdakı xəstəxanaya aparılıb.

Qarşılaşma yenidən davam edib və 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью