Təcili yardım maşını piyadanı vuraraq öldürdü Foto

26.11.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı təcili tibbi yardım maşını yolu keçmək istəyən 1966-ci il təvəllüdlü Ə.Verdiyevi vurub.

Piyada xəstəxananaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью