Təcili yardım maşını QƏZA ETDİ: Həkim və 3 nəfər... FOTO

07.11.2024

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes” markalı təcili tibbi yardım avtomobili, “VAZ-21140” və “Mercedes” markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də “VAZ”ın sürücüsü xəsarət alıb.

Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью