Təcili yardım maşını qəzada belə AŞDI VİDEO

23.12.2024

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, dekabrın 5-i saat 13 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində təcili tibbi yardım xidmətinə məxsus avtomobilin aşması ilə nəticələnən qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisəni əks etdirən görüntülər bu gün sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən TƏBİB-ə məxsus "Mercedes" markalı sanitar avtomobilin və kəsişməyə daxil olan minik avtomobilinin bir-birini gözləmədən hərəkət etmələri məlum olur. Nəticədə minik maşını operativ nəqliyyat vasitəsinə çırpılaraq onu aşırıb.

Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Qəzanı əks etdirən görüntüləri təqdim edirik:

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью