Təcili yardım maşını qəzaya düşdü Yaralılar var + Foto

27.11.2024

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Lənkəranda  yol-nəqliyyat qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Digah kəndi ərazisində baş verib. 

Belə ki,  Astaradan Lənkərana, xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub. 

Qəzada, avtomobildə olan xəstə Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları Elnarə Elsevər qızı Əhmədova, Samir Rakif oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. 

Ağabacı Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, “Hundai Tucson” sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью