Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.
Ölkə.az unikal-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus “Mercedes” markalı təcili tibbi yardım avtomobili, “VAZ-21140” və “Mercedes” markalı digər minik avtomobili toqquşub.
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də “VAZ”ın sürücüsü xəsarət alıb.
Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.