Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.
Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes” markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140” və "Mercedes” markalı digər minik avtomobili toqquşub.
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ”ın sürücüsü xəsarət alıb.
Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır. ///unikal Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.