Təcili yardım maşını qəzaya uğradı: Həkim və üç nəfər xəsarət aldı

07.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili, VAZ-21140 və "Mercedes-Benz" markalı digər minik avtomobili toqquşub.

Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də VAZ-ın sürücüsü xəsarət alıblar.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью