Təcili yardım maşını qəzaya uğradı: Həkim və üç nəfər xəsarət aldı Yeni Sabah | Icma.az
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili, VAZ-21140 və "Mercedes-Benz" markalı digər minik avtomobili toqquşub.
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də VAZ-ın sürücüsü xəsarət alıblar.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu