Təcili yardım maşını qəzaya uğradı Yaralılar var | Icma.az
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq. Qəzaya gedən təcili tibbi yardım avtomobili qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, hadisə Babək rayonu ərazisində qeydə alınıb.
Belə ki, qəza üçün çağırışa gedən 75-AC-255 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım avtomobili 75-BF-044 dövlət nömrə nişanlı "Mercedes" avtomobili ilə toqquşub.
Qəza zamanı təcili tibbi yardım avtomobilində olan Babək rayon Zeynəddin kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədova Fatma Talıb qızı və Badaşqan kənd sakini, 1988-ci il təvəllüdlü Novruzov Namiq Paşa oğlu xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu