Təcili yardım maşını “Volvo” ilə toqquşdu; həkimlər yaralandı VİDEO

26.09.2025

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təcili tibbi yardım və minik avtomobillərinin iştirakı ilə ağır yol qəzası olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib. Məlumata görə, Novoyasenevski prospekti ilə Tarusskaya küçəsinin kəsişməsində “Volvo” markalı avtomobil çağırışa gedən təcili tibbi yardım maşını ilə toqquşub. Zərbənin təsirindən təcili tibbi yardım maşını aşaraq sürüklənib və yol ayrıcının üzərinə düşüb.

Qəza nəticəsində sürücü və iki tibbi işçisi qadın xəsarətlər alıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Namiq Musayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью