Təcili yardım maşının arxasınca irəlilədi, kameraya düşdü 75 CB 743 VİDEO

29.07.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Paytaxtda hələ də bəzi sürücülər edilən xəbərdarlıqlara, maarifləndirmə işlərinə baxmayaraq hələ də qanunazidd əməllər törətməyə davam edir.

Avtosfer.az xəbər verir ki, Bakının Yasamal rayonu, Mətbuat prospektində də analoji hal baş verib. Belə ki, prospektdən üzü Mətbuat dariəsinə doğru digər avtomobillərdən yol istəyərək irəliləyən təcili tibbi yarım maşının arxasınca fərdi avtomobil idarəçisi düşüb.

Görüntülərdən də məlum olur ki, “Khazar” markalı, 75-CB-743 nömrə nişanlı avtomobilin sürücüsü əvvəlcə təcili tibbi yardım avtomobilinə yol verir, daha sonra isə onun arxasına düşüb irəliləyir. Hətta ictimai nəqliyyatın da operativ nəqliyyat vasitəsinə yol verməsindən istifadə edən sürücü qanunu pozmağa davam edib.

Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilir.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью