Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə "Baza" Teleqram kanalı məlumat yayıb.
Qeyd edilib ki, Moskva vilayətində yaşayan 54 yaşlı ürək cərrahı 29 yaşlı ögey oğlunu mübahisə zamanı öldürdüyünə görə altı il həbs cəzasına məhkum edilib.
"Hadisə bu ilin mart ayında Moskva vilayətinin Çexov şəhərində baş verib. Ana ilə oğlu arasında mübahisə yaranıb. Gənc oğlan qumar asılılığından əziyyət çəkirmiş və tez-tez anasına qəzəblənirmiş Qadın məhz bu səbəbdən ona Sankt-Peterburqa səyahət üçün nəzərdə tutulan pulu verməkdən imtina edib. O, anasına hücum edib. Gəncin ögey atası Yevgeni isə onların arasına girən zamanhuşsuz vəziyyətə düşənə qədər döyülüb",- məlumatda qeyd edilib.
Yevgeni özünə gələndən sonra həyat yoldaşı ilə birlikdə oğlunu evdən çıxararaq qapını bağlaya bilib: "Lakin bu addım, qəzəbli gənci bir müddətlik saxlayıb. Tezliklə o, içəri girib və valideynlərə zorakılıq göstərərək onları hədələməyə başlayıb. Ana kömək üçün qonşuların evinə qaçıb. Dava zamanı ögey ata özünü qorumaq üçün mətbəx bıçağını götürüB. Həkimin sözlərinə görə, o, ögey oğlunu sakitləşdirmək üçün oğlanı sadəcə ayağından bıçaqlamaq niyyətində olub. Amma əvəzində oğlan sinəsindən bıçaqlanıb. Yara ölümcül olub".(Publika.az)