Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Gənclər bizim gələcəyimizdir.
Onlarla empati qurmaq, onları anlamağa çalışmaq çox vacibdir.
Biz gənclərdən hörmət gözlədiyimiz kimi, özümüz də onların fikirlərinə hörmətlə yanaşmalıyıq.
Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.
Onun sözlərinə görə, bəzən bizim dünyagörüşümüz və düşüncə tərzimiz gənclərlə üst-üstə düşməyə bilər.
Lakin bu, onların fikirlərini qəbul etməməyimiz anlamına gəlməməlidir: "Biz təcrübəmizi onlara zorla mənimsətməyə çalışmamalıyıq.
Gənclər, əlbəttə ki, yaşlı nəslin təcrübəsindən faydalana bilər, amma bunu öz düşüncə və baxışları ilə birləşdirməlidirlər.
Mənim fikrimcə, gəncləri qaralamaq və onları “böyüklərə hörmətsiz” kimi təqdim etmək düzgün deyil.