“Təcrübən varmı?” Tələbələrin qorxduğu sual | Icma.az
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ali təhsil müddətinin qısaldılması lazımdır, amma bunu ifrat dərəcəyə çatdırmaq düzgün deyil.
2 illik təhsil mümkündürsə və bu təhsil daha çox praktikaya əsaslanırsa bunu kollec və ya peşə təhsili ilə də etmək olar”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.O qeyd edib ki, müəyyən ixtisaslarda müddətin 1 il qısaldılması uyğun ola bilər, amma iki illik ali təhsil qətiyyən yol verilməzdir:“Universitet təhsili orta məktəb təhsilinin davamı olub, həm də insanın şəxsiyyət kimi formalaşmasında mühüm mərhələni təşkil edir.
Təəssüf ki, təhsil sistemində ali təhsil tələbələrdə haradasa elə təssürat yaradır ki, buranı dərhal bitirərək iş həyatına atılmalıyam.
Halbuki təhsil tələbələrin həyatında bir tipli, süjetli, yeknəsək olmamalıdır.
Bəzən tələbələrin gileyləndiyi odur ki, onlar ixtisasa aid olmayan fənlər də keçirlər.
Düzdür, bəzi fənlərin ixtisar edilməsi lazımdır, amma yeni yaranan dəyişikliklərə uyğun olaraq əlavə məzmunların və ya fənlərin də salınması vacibdir.
Tam oxu
Xəbəri oxu