Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Mən Qrenlandiyanı 51-ci ştat etməyi düşünməmişəm. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü”.
Yeniavaz.com “The Washington Post”a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Alfalfa Club” adlı prestijli və qapalı nahar tədbirində çıxışı zamanı səsləndirib.
“Biz Qrenlandiyanı işğal etməyəcəyik. Onu alacağıq”, – deyə, Tramp çıxışında bildirib.
Bildirilir ki, Trampın çıxışı zalda qarışıq reaksiyalar doğurub. Bəzi qonaqlar bu sözlərə gülsə də, zalda ümumi səssizlik müşahidə olunub.
Qeyd edək ki, “Alfalfa Club” naharı Vaşinqtonda illik keçirilən, yalnız dəvət olunan elit qonaqların iştirak etdiyi sosial tədbirdir və burada adətən zarafatlar, yumoristik ritorika səsləndirilir.
Elnur Əli