Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bolonya” klubunun baş məşqçisi Domeniko Tedesko cəzalandırılıb.
Apasport.az xəbər verir ki, A Seriyasının İntizam Komitəsi mütəxəssisə 2 oyunluq diskvalifikasiya və 5 min avro məbləğində cərimə tətbiq edib.
Buna “Sassuolo” ilə çempionat matçında yaşananlar səbəb olub. Tedesko görüşün sonlarında hakimə etirazına görə qırmızı vərəqə alıb. O, meydandan qovulduqdan sonra hakimə qarşı ciddi hörmətsizlik ifadələri işlədib. Mütəxəssis matçdan sonra paltardəyişmə otağında da davranışını davam etdirib.
Cəza səbəbindən Tedesko “Napoli” və “Torino” ilə qarşılaşmalarda komandasının başında yer ala bilməyəcək.
Qeyd edək ki, “Bolonya” – “Sassuolo” görüşü 2:2 hesabı ilə başa çatıb.
"Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı “Milan”ın sabiq futbolçusu butslarını "mismardan asdı"