Tedesko Fənər in məğlubiyyətini belə dəyərləndirdi

23.01.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda "Aston Villa"dan İstanbulda aldıqları məğlubiyyəti (0:1) şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Belə rəqiblərə qarşı cəsarətli oynayırsansa, onlara həmişə hücum üçün boş ərazi verirsən. "Aston Villa"nın isə səni səhvlərinə görə cəzalandırmaq üçün keyfiyyəti var. İkinci yarıda meydanda dominantlıq edən tərəf biz idik. Çox sayda qol vəziyyəti yaratdıq.

Bizim iki sol cinah müdafiəçimiz zədəlidir. Nelson Samedu uzun sürən müalicədən sonra heyətə qayıdıb. Biz risk edə, onu meydanda 60 dəqiqədən artıq saxlaya bilməzdik. Bu səbəbdən kreativ qərara ehtiyac yarandı. Mert (Müldür) hər iki cinahda yaxşı təsir bağışlayır. O, müxtəlif mövqelərdə oynamağa qadirdir".

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью