Tedesko “Fənərbağça”dan çıxarıla bilər

26.09.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Türkiyənin “Fənərbağça” klubunun rəhbərliyi baş məşqçi Domeniko Tedeskonu istefaya göndərə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fotomac” məlumat yayıb.
“Fənərbağça” Tedeskonun rəhbərliyi altında keçirdiyi 4 matçdan yalnız birində qalib gəlib və Avropa Liqasında Zaqreb “Dinamo”suna 3:1 hesablı məğlubiyyətdən sonra Türkiyə klubunun idarə heyəti növbədənkənar iclas keçirib. Mənbənin sözlərinə görə, Domenikoya ultimatum verilib: ya komanda növbəti üç matçda qalib gələcək, ya da o, qovulacaq.
“Fənərbaxça” oktyabrda beynəlxalq fasilədən əvvəl “Antalyaspor”, “Samsunspor” və “Nitsa” ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью