Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliyanın "Bolonya" klubu baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, uğursuz nəticələrə görə istefaya göndərilib. İtaliyalı mövsümün əvvəlindən komandanı çalışdırırdı.
Artıq "Bolonya"nın yeni baş məşqçisi də məlumdur. Komandaya Rafaele Palladino rəhbərlik edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı məşqçi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Bolonya" İtaliya çempionatında 4 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi