Tedesko üçün son şans

15.09.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliya A Seriyasında mövsümə uğursuz başlayan “Bolonya”da baş məşqçi Domenico Tedeskonun gələcəyi sual altına düşüb.

Futbolpress.az xəbər verir ki, şənbə günü “Torino”ya qarşı keçiriləcək qarşılaşma italiyalı mütəxəssis üçün son şans ola bilər.

Yayda Vinçenso İtalianonun əvəzinə komandanın “sükanı arxasına” keçən Tedesko gözlənilən nəticələri verə bilməyib. Komanda onun rəhbərliyi altında A Seriyasının ilk 4 turunda cəmi 1 xal toplaya bilib. Bu zəif göstərici klub rəhbərliyində ciddi narahatlıq yaradıb.

Yaranmış vəziyyəti müzakirə etmək üçün “Bolonya” rəhbərliyi bazar ertəsi xüsusi iclas keçirib. Hələlik rəsmi ayrılıq qərarı verilməsə də, baş məşqçi postunda dəyişikliyin edilməsi ehtimalı kifayət qədər yüksək qiymətləndirilir. Klub rəhbərliyinin ehtiyat variant kimi artıq iki namizədlə də maraqlandığı bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью