Tedeskonun Bolonya macərası qısa çəkdi

16.09.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Bolonya” baş məşqçisi Domeniko Tedesko ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda rəhbərliyi mövsümün əvvəlində bu vəzifəyə təyin olunan 40 yaşlı mütəxəssislə əməkdaşlığa xitam verib.

Onu Raffaele Palladino əvəzləyib. Daha əvvəl “Atalanta”nı çalışdırmış italiyalı mütəxəssislə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İtaliya A Seriyasında Tedesko ilə cəmi 4 oyuna çıxan “Bolonya” bu matçların heç birində qələbə qazana bilməyib. Komanda 1 heç-heçə edib, 3 görüşdə isə məğlub olub.

Xatırladaq ki, Tedesko 2025/26 mövsümündə "Fənərbaxça"ya rəhbərlik edib.

Kapitan milli ilə vidalaşdı Arda vurdu, qapıçıya yazıldı – “Real” 5 qolluq matçda qalib gəldi - VİDEO “Trabzonspor”da yeni dövr – Tomas Rays Trabzona gəldi “İnter Mayami”də yeni baş məşqçi “Qalatasaray”ın futbolçusuna milli dəvət – Batrakov Rusiya yığmasında
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью