Təəssüf ki, anam danışa bilmir Xalq artistinin qızından AÇIQLAMA

30.01.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

"Anamın vəziyyətində heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni edirlər".

AZXEBER.COM xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Fatma Mahmudovanın qızı deyib.

Onun sözlərinə gözə aktrisanın vəziyyəti ağır olaraq qalır:

"Anam dünən insult keçirib, hazırda xəstəxanadadır. İndi yanında bacım var. Şüuru açıq olsa da, təəssüf ki, danışa bilmir, heç bir söz deyə bilmədi mənə. Həkimlər çalışır ki, vəziyyətini daha da yaxşılaşdırsınlar. İnşallah tezliklə ayağa qalxar".

Aysel Hacızadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью