“Təəssüf ki, o səhvi biz buraxdıq” Kurban Berdiyev İdmanXəbər

29.11.2024

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Birinci hissədə mövqe oyunu oldu. Qol imkanları çox olmadı. Yalnız Otto Conun təkbətək epizodunu istisna etmək olar. Belə matçlarda birinci səhvə qədər oyun gedir. Təəssüf ki, o səhvi biz buraxdıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev “Araz Naxçıvan” oyunu (0:1) sonrası deyib. O, daha sonra belə davam edib:

 Komandada rəqabət var. Hücum qrupumuzda ciddi rəqabət hiss olunur. Bu oyundan çox şey asılı idi. Qarşıda matçlar çoxdur. Bunun öhdəsindən gəlməyə çalışacağıq.

“Araz Naxçıvan” Yaxşı təşkilatlanmış komandadır. Müdafiədə yaxşı oynayırlar. Müdafiəyə ciddi fikir verirlər, ona görə də az qol buraxırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью