Təəssüflər olsun ki, sosial mediada sarsıdıcı xəbərlərə daha çox rast gəlirik PSİXOLOQ İZA…
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Sosial media xəbərlərlə doludur.
Həm müsbət, həm də mənfi xəbərlər buraya daxildir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, təəssüflər olsun ki, sosial mediada hər zaman sarsıdıcı xəbərlərə daha çox rast gəlirik: "Bu xəbərlər, demək olar ki, günü-gündən artır.
Psixoloji təsiri daha çoxdur. Bunun nəticələri gündən-günə daha da artır.
Amma bundan əlavə insanlar informasiyanı təkcə sosial mediadan deyil, insanların bir-birinə ötürdüyü informasiyadan da alırlar.
Sarsıdıcı xəbəri qəfil verəndə insanda fərqli bir stress yaranır. Bu da onların psixoloji durumuna təsir göstərir.
Duyğularını, emosiyalarını idarə edə bilmirlər. Əlbəttə ki, bu, insanın xarakterinə bağlıdır.
Elə insanlar var ki, onlar sakit təbiətli insanlardır. Elələri də var ki, onların xarakteri daha deyən, gülən, əylənən tiplidir.
Tam oxu
Xəbəri oxu