Təəssüflər olsun ki, yenə alınmadı Sənan Qurbanov

08.12.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasında 14-cü tur davam edir.

Fanat.Az xəbər verir ki, "Neftçi"nin məşqçisi Sənan Qurbanov "Sabah"a qarşı Misli Premyer Liqasının XIV turunun oyunundan sonra mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Son 3 oyunda akademiyanın məşqçi heyəti və mən komandaya köməy etməyə çalışdıq. "Neftçi"nin toparlanacağını və yaxşı nəticələr qazanacağını düşündük. Amma görünür ki, nəticələr yaxşı deyil. Azarkeşləri üzdüyümüzü bilirik. Son 3 oyunu müqayisə etsək, ən pis çıxışı bu gün etdik. Birinci hissədə rəqib komandaya müqavimət göstərməyə çalışdıq. Meydana 2 hücumçu ilə çıxdıq ki, bəlkə "Sabah"a təzyiq edə bildik. Fasilədən sonra bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədilər. Bunu da reallaşdırdıq. Oyuna təsir etməyə çalışdıq. Təəssüflər olsun ki, yenə alınmadı".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью