Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Cənubi Koreyada hökumət 29 dekabr 2024-cü ildə baş verən və 179 nəfərin ölümü ilə nəti
“Cebheinfo.az” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi 2024-cü ilin dek
Bildirilib ki, plan ölkə daxilində qəzaların qarşısını almaq və təhlükəsizlik standartlarını artırmaq üçün hazırlanıb.
Açıqlamada “Jeju Air” təyyarəsinin eniş zamanı nəzarətdən çıxması nəticəsində qəzanın baş verdiyi Muan Beynəlxalq Hava Limanı da daxil olmaqla 7 hava limanında uçuş-enmə zolaqlarına yaxın “təhlükəli strukturların” aşkar edildiyi bildirilib və strukturların bu hava limanlarında düzəlişlər ediləcək, eləcə də təhlükəsizliyin təkmilləşdirilməsinə üstünlük veriləcək.
Məlumatda məqsədin ilin birinci yarısında və ən geci ilin sonunadək təkmilləşdirmələri başa çatdırmaq üçün qaydaları sadələşdirmək olduğu və uçuş zolağının təhlükəsizlik sahələrinin tövsiyə olunan 240 metrdən daha qısa olduğu təsbit edildiyi 7 hava limanında genişləndiriləcəyi paylaşılıb.
Nazirlik yanvarın 13-də hava limanlarında uçuşların təhlükəsizliyinə təhlükə yaradan bəzi konstruksiyaların, o cümlədən Muan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının sonundakı 2 metr hündürlüyündə beton konstruksiyaların söküləcəyini və ya yenidən qurulacağını açıqlamışdı.
Nigar Hacılı "Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.