Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi VİDEO

08.07.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yolu təhlükəsiz şəkildə keçməkdə çətinlik çəkən iki velosipedçi yol polisi əməkdaşına müraciət edərək kömək istəyib.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb.

Polis əməkdaşı dərhal hərəkətə keçərək nəqliyyat axınını qısa müddətə tənzimləyib, avtomobilləri saxlayıb və velosipedçilərin yolu təhlükəsiz şəkildə keçməsinə şərait yaradıb.

Bu cür davranış bir daha göstərir ki, yol polisi əməkdaşlarının fəaliyyəti təkcə qayda pozuntularının qarşısının alınması ilə məhdudlaşmır, eyni zamanda bütün hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə də xidmət edir.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью