TƏHLÜKƏ! Peyvəndi olmayan VİRUS gəlir

27.01.2026

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hindistan səhiyyə orqanları epidemiya potensialına malik, peyvəndi və ya müalicəsi olmayan “Nipah” virusunun yayılması ilə mübarizə aparır.

Bu barədə "The Metro" nəşri məlumat verir.

Məqalədə ölkədə beş yoluxma halının aşkarlandığı bildirilir. Bu həftə ərzində bir həkim, bir tibb bacısı və bir səhiyyə işçisi virusa yoluxub. Qəzet yazır ki, hazırda komada olan tibb bacısının ağır tənəffüs xəstəliyi olan bir xəstəni müalicə edərkən infeksiyaya yoluxduğu ehtimal olunur.

Nəşr aydınlaşdırır ki, hökumət orqanları yoluxmuş şəxslərlə təmasda olan 180 nəfəri testdən keçirib və onlardan 20 nəfəri karantinə alıb. “Nipah” virusu heyvanlar və insanlar arasında yayılır, insandan insana da ötürülə bilər. Hindistanda bir çox insan yarasalar vasitəsilə yoluxur. Virus asimptomatik (əlamətsiz) infeksiya və ya kəskin tənəffüs xəstəliyi kimi özünü göstərə bilər. Simptomlara qızdırma, başağrısı, əzələ ağrıları, qusma və boğaz ağrısı daxildir və ağır hallarda beyin iltihabı iki gün ərzində komaya səbəb ola bilər. Qeyd olunur ki, virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən prioritet patogen (epidemiyaya səbəb olma potensialı olan) kimi təsnif edilib.

Azərbaycana bu virusun gəlmə riski varmı? Nə etməli?

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov Musavat.com-a bildirib ki, “Nipah” virusunun yayılması ilə bağlı məlumatlar var:

“Hindistanda epizodik hallar müşahidə olunur. Hökumət virusun olduqca təhlükəli olması səbəbindən müvafiq tədbirlər görür. Cəmiyyətimizin virusla bağlı məlumatlılıq səviyyəsi kifayət qədər yüksəkdir. Buna baxmayaraq, bütün karantin tədbirlərinə rəğmən virusla mübarizə asan proses deyil. Proses ciddi nəzarətdə saxlanılmalı, karantin tədbirləri görülməli və araşdırmalar davam etdirilməlidir”.

Virusun ölkəmizə yayılma riskinə gəldikdə isə həkim deyib ki, viruslar informasiya kimi sərhəd tanımır:

“Bu baxımdan, Azərbaycanın həyata keçirdiyi taktika — sərhədlərin bağlı saxlanılması və digər preventiv addımlar müsbət hal kimi qiymətləndirilə bilər. Əsas məsələ dünyanın bu gün olduqca dinamik və hərəkətli olmasıdır. Bütün ölkələrlə olduğu kimi, Hindistanla da əlaqələr davam edir, gündəlik gediş-gəliş və uçuşlar mövcuddur. Bu ölkədən gələn reyslər zamanı sərnişinlərə xüsusi diqqət yetirilməlidir. Epizodik hallar aşkarlanarsa, dərhal nəzarətə götürülməlidir. Hazırda həyəcan yaradacaq vəziyyət yoxdur. Təbii ki, COVID-19 təcrübəsi bizə acı xatirələr buraxdı. Lakin dünyanın istənilən nöqtəsində hər hansı bir patologiyanın başlanması bizim ölkə üçün sarı işıq, yəni siqnaldır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью