Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bildiyimiz kimi, Bakıda bir sıra yollarda velosiped zolaqları çəkilib və çəkilməkdə davam edir.
Lakin əfsuslar olsun ki, bir sıra hallarda velosipedçilərin zolaq olduğu halda zolaqdan istifadə etmədiyinin, ya avtomobil yolu, ya da piyadaların hərəkət etdiyi yoldan istifadə edərək, təhlükə yaratdığının şahidi oluruq.
Sitat.info xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli Trend-ə açıqlama verib.
O deyib ki, velosipedçilərin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisəsinin qarşısının alınması istiqamətində mütəmadi profilaktik tədbirlər həyata keçirilir.
“Buna baxmayaraq, bəzi velosiped sürücüləri qaydaları kobud şəkildə pozaraq, həm özlərinin, həm də digər nəqliyyat vasitəsi sürücülərinin həyatlarını təhlükə altına atırlar.
Xüsusilə də velosiped zolağı olduğu tədqirdə, bəzən bu zolaqdan istifadə etmirlər ki, nəticədə xoşagəlməz hallar baş verir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, velosiped yolu olduğu halda velosipedçinin başqa zolaqla hərəkət etməsi qadağandır.